Fələstin və İsrail arasında başlayan müharibədə vasitəçiliyə işarə edən Türkiyənin rəftarı AB-də tənqidlərə səbəb olub.
“Yeni Gundem” xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Türkiyənin xarici siyasətdə öz tərəfini seçməli olduğunu müdafiə edib.
Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas Fələstin-İsrail gərginliyi ilə bağlı çıxışında Türkiyənin xarici siyasətini tənqid edib.
Delfi İqtisadi Forumunun təşkil etdiyi 2-ci Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropa Konfransında çıxış edən yunan siyasətçi Türkiyənin beynəlxalq geosiyasət sahəsində öz tərəfini seçməli olduğunu deyib.
“Şənbə günü biz hamımız HƏMAS-ın İsrail dövlətinə və günahsız insanlara qarşı həyata keçirdiyi çoxtərəfli terror aktı xəbərinə ayıldıq. İlk andan 27 Aİ ölkəsi İsrailin özünümüdafiə hüququnu müdafiə edir və onu pisləyir. Biz yüksək səslə deyirik ki, terrorun heç bir bəhanəsi ola bilməz” deyən Şinas Türkiyənin regional siyasətlərini tənqid edərək bildirib: “Türkiyə öz tərəfini seçməlidir. AB, NATO və onların dəyərlərinin yanında olacaqmı? Yoxsa Rusiya, İran, Həmas və Hizbullahı dəstəkləyəcəklər? Tarixin hansı tərəfində olmaq istədiklərinə qərar versinlər. Onların bu məsələ ilə bağlı dəqiq cavabı olmalıdır”.
Aİ rəsmisi həmçinin Türkiyəni Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etmədiyinə görə də, Ankaranın miqrasiya ilə mübarizədəki səylərini tənqid edib.
ABŞ və Avropa ölkələri son gərginlikdə İsrailə böyük dəstək verərkən, Türkiyənin balans siyasəti yürütməsi gündəmdə idi. İngiltərə xəbər agentliyi Reuters-in dünənki xəbərində Türkiyənin HƏMAS-ın İsrailə hücumunu “terror aktı” olaraq pisləməsinə qarşı çıxaraq NATO Müdafiə Nazirləri toplantısında müxalif mövqe tutduğu iddia edilib. İsraillə HƏMAS arasında vasitəçilik siqnalı verən prezident Rəcəb Tayyib Ərdoğan, Qəzzada dinc insanların ölümü ilə yanaşı, İsrailə edilən təzyiqlərə də reaksiya göstərərək, “İsrail unutmamalıdır ki, dövlət deyil, təşkilat kimi davranarsa, nəhayət təşkilat kimi qarşılıq görəcək”.
Mənbə: TGRT Xəbərləri
Aynur Camal