İsveçin məşhur “ABBA” pop qrupu beş yeni mahnısını buraxacaq.
“YeniGündəm” xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, qrupun “The Visitors” adlı son albomu 1981-ci ildə işıq üzü görüb.
“ABBA” yeni kompozisiyalarını sentyabrın 3-də təqdim edə bilər.
Axır ki, “ABBA” qayıdır və son 39 ildə yeni treklərini buraxmağı planlaşdırır.