“Azərsun Holdinq” MMC və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) publik hüquqi şəxsi arasında məhkəmə çəkişməsi davam edir.
Pravda.az-ın xəbərinə görə, MMC-nin iddiası Bakı İnzibati Məhkəməsində araşdırılır.
Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Günel Sevdimalıyevanın icraatındadır. Məhkəmənin növbəti hazırlıq iclası mayın 16-da keçiriləcək.
Qeyd: Holdinq rəhbəri tanınmış iş adamı Abdulbari Gozal, AAYDA-nın sədri isə Saleh Məmmədovdur.