Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.
“Yenigundem”in Modern.az-a istinadən verdiyi məlumata görə, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş.
Xəbəri BDU-dan təsdiqləyiblər.
Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası da eyni qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
***
“İnterpress.az” xəbər verir ki, Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Məhrum bu gün ürək tutmasından iş başında vəfat edib.