ABŞ-a növbəti şok hücumbackend

İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə hücumları davam edir. Husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Husilərin Qırmızı dənizdə İsrail-Həmas müharibəsi ilə başlayan hücumları hələ də gündəmdədir.

Belə ki, İordaniyadakı ABŞ bazasına edilən hücumdan sonra Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi də hədəfə alınıb.

Husilərin Hərbi Sözçüsü Yəhya Seri X sosial media platformasında verdiyi açıqlamada Husi qüvvələrinin Yəmənin cənubunda Ədən körfəzində ABŞ donanmasının gəmisinə hücumu ilə bağlı məlumat verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Lewis B Puller” gəmisini “uyğun dəniz raketi” ilə hədəf aldıqlarını ifadə edən Seri, sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab vermək üçün edildiyini bildirib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Gəminin missiyalarına ölkəmizə hücumda iştirak edən ABŞ qüvvələrinə logistik dəstək göstərmək daxildir”.

Seri qeyd edib ki, Qəzzada hücumlar dayandırılana və blokada qaldırılana qədər İsrailə məxsus və ya İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəklər.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden, “Dünən gecə İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgəri şəhid olub, çoxlu sayda yaralı var” deyib.

Hücumla bağlı hələ də məlumat topladıqlarını bildirən Bayden, “Bunun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik” deyə, açıqlama verib.

 Hücuma görə məsuliyyət daşıyanların ABŞ-ın seçdiyi vaxt və şəkildə cavab verəcəklərini qeyd edən Bayden, bu müharibədə mübarizəni davam etdirəcəklərini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin şəhid olduğu, 25 nəfərin yaralandığı bildirilib.

İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü ildə İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum etmişdilər.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb. 31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsraillə əlaqəsi olan gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterləri tərəfindən atəşə tutulub.

Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.

Qətnamə qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Mənbə: TGRT

Aynur Camal