ABŞ-a üçqat təzminat…backend

İran məhkəməsinin qərarı açıqlanıb. 43 ildən sonra cəzasına xitam verildi!

İran məhkəməsi 1980-ci ildə “uğursuz” əməliyyata görə ABŞ-ı 420 milyon dollar təzminat cəzasına məhkum edib. Məhkəmə ABŞ hökumətinin maddi, mənəvi və cəzalandırıcı təzminat ödəməli olduğuna qərar verib. ABŞ 1979-cu ilin fevralında İranda baş vermiş inqilabdan sonra Tehran səfirliyində girov götürülmüş diplomatları xilas etmək üçün 1980-ci ilin aprelində əməliyyata başlayıb. “Qartal pəncəsi” adlanan əməliyyat İranın Tebes səhrasında qum fırtınası və ABŞ qüvvələrinin ardıcıl olaraq qarşılaşdığı texniki problemlər səbəbindən uğursuzluqla nəticələnib. Yanacaq doldurma zamanı baş verən qəza nəticəsində C-130 Hercules təyyarəsi və bir helikopter partlayıb, 8 ABŞ əsgəri həlak olub.

İran məhkəməsi ABŞ-ın İranda girovları xilas etmək üçün təşkil etdiyi uğursuz “Qartal pəncəsi” əməliyyatı ilə bağlı Vaşinqtonu hadisədən zərər çəkmiş 14 vətəndaşa 420 milyon dollar təzminat ödəməyə məhkum edib.

İran dövlət televiziyasının məlumatına görə, Tehran Beynəlxalq Əlaqələr Mülki Məhkəməsi ABŞ əməliyyatında zərər görən insanların iddiasında ABŞ hökumətinin maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib. Buna görə Vaşinqton administrasiyası ABŞ ordusunun 1980-ci ildə İran ərazisində həyata keçirdiyi əməliyyatdan sağ çıxan 13 nəfərə və əməliyyat zamanı Amerika qüvvələri tərəfindən girov götürülən bir nəfərə ödəniləcək 420 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Mənbə: TGRT

Aynur Camal