ABŞ amfibiya gəmisi Aralıq dənizinin şərqinə doğru irəliləyirbackend

ABŞ-ın Yaxın Şərqə göndərdiyi və Qırmızı dənizdə yerləşən amfibiya gəmisinin Şərqi Aralıq dənizinə doğru hərəkət etdiyi açıqlanıb.

“Yeni Gundem” xəbər verir ki, ABŞ-ın avqust ayında Yaxın Şərqə göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunu daşıyan USS Bataan amfibiya gəmisi keçən həftənin sonunda Süveyş kanalına doğru irəliləməyə başlayıb.

Qeyd olunub ki, avqust ayından Qırmızı dənizdə dayanan gəmi tezliklə Şərqi Aralıq dənizinə çatacaq.

Məlumata görə, bu addımla gəmi sionist rejim və Livana yaxınlaşacaq.

Mənbə: İLKHA

Aynur Camal