ABŞ-ın Corciya ştatında 4 yaşlı qız evdə atasından qalan tapança ilə başına atəş açaraq ağır yaralanıb.
“Yeni Gundem” xəbər verir ki, Qrovtaun Polis İdarəsindən verilən açıqlamada, 24 yaşlı ata Davion Daniels telefonla danışmaq üçün silahını yuxarı mərtəbədə qoyub aşağı enib.
Açıqlamada başqalarının olduğu evdə silahı əlindən alan 4 yaşlı qızın özünü başından vurduğu bildirilib.