ABŞ-ın Florida ştatında atışma zamanı aralarında azyaşlılar da daxil olmaqla 9 nəfər yaralanıb.
Bu barədə bazar ertəsi NPR məlumat yayıb.
Qeyd edilir ki, atışma Hollivud şəhərində baş verib. Silahlı insidentin iki qruplaşma arasında yaranan mübahisə zəminində baş verdiyi ehtimal olunur.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən bir nəfəri saxlayıb, ikinci şübhəli isə axtarışdadır.
Memorial Səhiyyə Sisteminin nümayəndəsi Yanet Obarrio Sançezin sözlərinə görə, doqquz zərərçəkən arasında altı böyük və üç uşaq var. O, bildirib ki, xəsarət alanların hamısının vəziyyəti sabitdir.