ABŞ-da bıçaqlı hücum: 4 ölü, 3 yaralıbackend

ABŞ-ın Nyu-York şəhərində bir şəxs 2-si uşaq olmaqla 4 ailə üzvünü bıçaqlayaraq öldürüb, 2-si polis olmaqla 3 nəfəri yaralayıb.

Təcavüzkarın polis tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.

Nyu York Polis Departamentindən verilən açıqlamada hücum xəbərinin bir qız tərəfindən edildiyi, qızın telefonda “əmisi oğlunun ailə üzvlərini öldürdüyünü” dediyi bildirilib.

Həyatını itirənlər arasında 12 yaşlı oğlan, 11 yaşlı qız, 44 yaşlı qadın və 30 yaşlarında bir kişinin olduğunu bildirən polis, 11 yaşlı oğlanın evin qarşısında tapıldığını deyib, digər üç qurban isə yataq otaqlarında olub.

Polis, 38 yaşlı təcavüzkarın əvvəllər məişət zorakılığına görə həbs edildiyini və şübhəlinin evin qonaq otağında divanı yandırdığını və polis məmurlarının evə girmədən əvvəl yanğınsöndürənlərin gəlməsini gözləməli olduğunu bildirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal