ABŞ-ın Virciniya ştatının Arlinqton qraflığında ev şiddətli partlayış nəticəsində uçub. Partlayış nəticəsində bəzi polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilsə də, şübhəlinin şəxsiyyəti və partlayışın səbəbi hələlik açıqlanmır.
Polisdən verilən açıqlamada bildirilib ki, qruplar partlayışdan əvvəl evdən 30-40 dəfə məşəl atıldığı xəbərini aldıqdan sonra hadisə yerinə gəliblər. Arlinqton dairəsi polisinin sözçüsü Ashley Savage bildirib ki, polis axtarış qərarı almağa çalışarkən evin içindən bir neçə atəş açılıb və daha sonra partlayış baş verib. Partlayış zamanı şübhəlinin içəridə olduğunu bildirən Savage, “Hazırda evdə yalnız bir nəfərin olduğunu bilirik” deyib.
Partlayışdan sonra başlayan yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 3 saatdan sonra alovu nəzarət altına ala bilib, lakin can itkisinin olub-olmadığı hələlik məlum deyil.
Partlayış nəticəsində bəzi polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilsə də, şübhəlinin şəxsiyyəti və partlayışın səbəbi hələlik açıqlanmır.
Mənbə: hurriyyət.tr
Aynur Camal