ABŞ-da hava limanında anqar uçub: 3 nəfər ölübbackend

ABŞ-ın Aydaho ştatında hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb, 5-i ağır olmaqla 9 nəfər yaralanıb.

ABŞ-ın Boise şəhər rəhbərliyindən verilən yazılı açıqlamada, şəhərdəki hava limanında özəl bir şirkət tərəfindən tikilən və hazırda tikintisi davam edən anqarın çökdüyü barədə axşam saatlarında məlumat daxil olduğu bildirilib.

Açıqlamada hadisə nəticəsində 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib.

Boise Yanğınsöndürmə İdarəsinin əməliyyatlar üzrə rəisi Aaron Hummel mətbuat konfransında polad anqarın “fəlakətli şəkildə” çökdüyünü bildirib.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Mənbə: TrtHaber

Aynur Camal