ABŞ-da İsrailə etiraz edən nümayişçilər saxlanıldıbackend

 Fələstinə azadlıq tələb edən və hökumətin İsrailə sərmayə qoymasına etiraz edən nümayişçilərə polis ABŞ-a müdaxilə edib. 126 nəfər saxlanılıb.

ABŞ-ın Pensilvaniya ştatında hökumətin İsrailə yatırdığı investisiyalara etiraz aksiyası keçirilib.

Harrisburqda Konqresin pilləkənlərində keçirilən aksiyaya polis müdaxilə edərək 126 etirazçını saxlayıb.

İsrail mediasının məlumatına görə, Pensilvaniya Kapitol Polisinin də daxil olduğu Ümumi Xidmətlər Departamentinin sözçüsü, “icazəsiz nümayiş” olaraq xarakterizə etdiyi hadisədə saxlanılanların daha sonra sərbəst buraxıldığını bildirib.

 Bir çoxunun əynində “soyqırımı dayandırın” yazan köynəklər olan etirazçılar Xəzinədarlıq Nazirliyinin İsrail istiqrazlarına investisiya qoymasına reaksiya verib.

Etirazçıların daşıdığı böyük pankartda dövlətin bu vergi pulunu sağlamlıq, mənzil, məktəblər və iqlim üçün yenidən sərmayə etməli olduğu bildirilib, fəallar isə “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

Mənbə: Ntv.Tr

Aynur Camal