ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində Superkubokun qalibi olmuş “Kansas City Chiefs” komandası üçün keçirilən parad zamanı silahlı hücum olub.
Kanzas şəhərinin yanğınsöndürmə idarəsindən verilən açıqlamada, ən azı 1 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilib.
ABŞ-da parad zamanı izdihamın üzərinə atışma olub. Missuri ştatının Kanzas-Siti şəhərində Superkubokun qalibi olmuş Kansas City Chiefs komandasının paradında Union Station yaxınlığında silahlı hücum baş verib. Silahlı hücumda çox sayda insanın güllələndiyi, polisin hücumdan sonra 2 nəfəri saxladığı bildirilib.
“Vurulanların müalicəsini asanlaşdırmaq üçün insanların ərazini mümkün qədər tez və təhlükəsiz şəkildə tərk etmələri və avtomobil dayanacağından uzaq durmaları lazımdır”, – polisin açıqlamasında deyilir.
Silahlı hücumun ilk qurbanlarının sayı bəlli olub. Kanzas şəhərinin yanğınsöndürmə idarəsindən verilən açıqlamada, ən azı 1 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilib. Zərərçəkənlərdən 3-nün həyati təhlükəsi olan, 5-nin ağır, digərlərinin isə yüngül xəsarət aldığı bildirilib. Polis iki silahlı şübhəlinin saxlanıldığını açıqlayıb. Kanzas şəhərinin meri Quinton Lucas hücumla bağlı verdiyi açıqlamada “hamı kimi kədərləndiyini” bildirib və baş verənlərdən məyus olduğunu bildirib. Hücumdan sonra yaranan çaxnaşma və vurulan şəxsə azarkeşlərin müdaxiləsi həvəskar kameralara düşərkən, şübhəlilərdən birinin fanatlar tərəfindən yaxalanaraq polisə təhvil verildiyi iddia edilib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal