ABŞ-da qar fırtınası kabusu: 6 gündə 40 nəfər öldübackend

ABŞ-da qar fırtınası və qütb soyuqluğu səbəbindən 9 ştatda ən azı 40 nəfər ölüb. Sabahdan etibarən ölkənin qərbindən şərqinə daha çox qar yağacağı və donma riskinin artacağı barədə xəbərdarlıq edilib.

 ABŞ-a təsir edən qar fırtınası və soyuq dalğa həyatı iflic edib. Fırtınanın şiddəti ilə ağacların və elektrik xətlərinin aşması minlərlə ev və iş yerində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Yol-nəqliyyat hadisələri buzlanma səbəbindən sürüşkən və qarla örtülmüş yollarda baş verib. ABŞ mətbuatının məlumatına görə, yanvarın 12-dən Arkanzas, İllinoys, Kanzas, Missisipi, Nyu-York, Oreqon, Pensilvaniya, Tennessi və Viskonsin ştatlarında əlverişsiz hava şəraiti səbəbindən 40 nəfər ölüb.

Ən çox ölüm halı 14 nəfərlə Tennessi ştatında qeydə alınıb. Sabahdan etibarən ölkənin qərbindən şərqinə daha çox qar yağacağı və donma riskinin artacağı barədə xəbərdarlıq edilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal