ABŞ-da Starbucks-ın yüzlərlə əməkdaşı tətilə çıxdıbackend

Starbucks-ın yüzlərlə əməkdaşı Nyu-Yorkda iş şəraitinə etiraz edərək tətilə çıxıb.

ABŞ-ın “Starbucks” qəhvə şəbəkəsinin işçiləri maaşlar və digər hüquqlarla bağlı tədbir görmədikləri üçün tətilə başlayıblar.

Nyu Yorkda iş şəraitinin yaxşılaşdırılmasını tələb edən yüzlərlə işçi qəhvə şəbəkəsinin təşkil etdiyi “Qırmızı Kubok Günü” tədbirində küçəni tərk edərək etiraz aksiyası keçirib.

Nyu York Universitetinin kampusunda yerləşən qəhvə şəbəkəsinin əməkdaşları “Müqavilə yoxdur, qəhvə yoxdur” şüarları səsləndiriblər.

Starbucks tərəfindən edilən açıqlamada ölkə daxilində onlarla mağazada tətil olduğu təsdiqləndi və mağazaların yarıdan çoxunun müştərilərə xidmət göstərdiyi ifadə edilib.

Mənbə: TGRT

Aynur Camal