ABŞ-da təbii qaz partlayışı: Bina çökdübackend

ABŞ-ın paytaxtı Vaşinqtonda binada təbii qaz sızmasından sonra partlayış baş verib.

Partlayışdan əvvəl sızıntıya cavab verməyə gələn yanğınsöndürmə briqadası binanı və qonşu uşaq bağçasında olan 16 uşaq da daxil olmaqla hər kəsi təxliyə edib.

Evakuasiyadan 15 dəqiqə sonra bina qəfil partlayaraq uçub.

Partlayış nəticəsində ətrafdakı tikililərə ziyan dəydiyi, partlayış zamanı dağıntı parçasının dəyməsi nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilib.

Mənbə: İLKHA

Aynur Camal