ABŞ-da universitetə ​​silahlı hücum olubbackend

ABŞ-ın Nevada Universitetinin Las-Veqas şəhərciyinə silahlı hücum nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı açıqlanıb. Hücum edənin də öldüyü bildirilib.

  Las-Veqasdakı Nevada Universiteti dəhşətli silahlı zorakılıq aktı ilə terrora məruz qalan ən son universitet şəhərciyidir, ABŞ prezidenti Co Bayden hücumla bağlı açıqlamasında deyib.

Həyat yoldaşı Cil Baydenlə birlikdə hücumda həyatını itirənlər üçün dua etdiyini ifadə edən Bayden, “Təkcə bu il xalqımız 600-dən çox kütləvi atışma və silahlı zorakılıq aktları səbəbindən təxminən 40 min ölüm yaşayıb. Bu normal deyil. Biz heç vaxt bunun normallaşmasına icazə verə bilmərik” deyə vurğulayıb.

“Prezident olduğumdan bəri atdığımız bütün addımlara baxmayaraq, qarşılaşdığımız silah zorakılığı epidemiyası bizdən daha çox şey etməyi tələb edir” deyən Bayden, “Lakin biz Konqressiz daha çox şey edə bilmərik” deyə əlavə edib. O, həmçinin demokratlarla birləşməli olduğunu vurğulayıb.

Xatırladaq ki, bu gün ABŞ-ın Nevada Universitetinin Las-Veqas şəhərciyində səhər saat 11.45-də silahlı hücum həyəcanı verilib və polisdən verilən açıqlamada, ABŞ-ın Beam Hall binasına “aktiv silahlı hücum” olduğu bildirilib. Tələbələr binanı boşaltaraq təhlükəsiz ərazilərə sığınmağa çağırılarkən, hadisəyə müdaxilə edildiyi qeyd edilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal