ABŞ-dan Rusiya etirafı…backend

Ukrayna müharibəsində cəbhədəki tarazlığı dəyişən bir inkişaf oldu. Rusiyanın qələbəsi ilə gözlər yenidən bu bölgəyə çevrilərkən New York Times-dan etirafa bənzər bir analiz gəlib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donetsk vilayətinin Avdiyivka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

Ukrayna Baş Qərargahı Avdiyivkanın əl dəyişdirdiyini təsdiqləyərək, son zamanlar şiddətli toqquşmalara səhnə olan şəhərdən qoşunları geri çəkməyə qərar verdiklərini açıqlayıb.

Rusiyanın ələ keçirdiyi Donetsk şəhərinin qapısı kimi görünən Avdiivka aylardır şiddətli toqquşmalara səhnə olub.

Avdiivkanın süqutu 2023-cü ilin mayında rus qoşunlarının Baxmutu tutmasından sonra 1000 kilometrdən çox cəbhə xəttində ən böyük dəyişiklik olub.

ABŞ-ın aparıcı qəzetlərindən olan New York Times-dan etirafa bənzər təhlil gəlib. NYT Ukrayna qüvvələrinin Rusiyanın hücumunu dayandırmaq üçün çarəsizcə mübarizə apardığını yazıb: “İnsan qüvvəsi və silah-sursat baxımından qeyri-kafi olan Ukrayna quru qoşunları müharibənin ilk aylarından bəri bəlkə də ən qeyri-sabit vəziyyətdədir”.

Rusiyanın uzun müddətdən sonra böyük bir qələbə qazandığını vurğulayan NYT bu qiymətləndirməni edib.

“Rusiya qüvvələri şənbə günü səhərə qədər uzun müddətdir Ukraynanın qalası olan Avdiivkanı ələ keçirib; Bu, ötən may ayında Baxmutu ələ keçirdikdən sonra Moskvanın ilk böyük döyüş meydanında qazandığı qələbə idi”.

NYT-nin məlumatına görə, Rusiyanın hücumu Ukraynanın şərqində və cənubunda cəbhənin böyük hissəsi boyunca qəsəbə və şəhərləri əhatə edən beş əsas hücum xəttinə bölünüb.

Rusiya uzun müddət Ukraynanın qalası olan Avdiivkanı ələ keçirdi. Marinka indi xaraba bir şəhərdir və rus hücumları üçün bazaya çevrilib.

Rusiya Ukraynanın son bir ildə əldə etdiyi ən böyük uğuru geri qaytarmağa çalışır. Bu prosesdə kiçik bir kənd olan Robotyne-nin əsas əhəmiyyət kəsb edəcəyi bildirilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal