ABŞ-ın DEAŞ terror təşkilatı ilə mübarizə üçün İraq və Suriyaya əlavə 1500 əsgər göndərməyə qərar verdiyi iddia edilib.
Vaşinqtonun qərarını Nyu-Yorkda yerləşən CBS News-un əsgərlərin bölgəyə getmək üçün ailələri ilə vidalaşdığını göstərən xəbərləri açıqlayıb.
CBS xəbərlərinə görə, Nyu Cersi Milli Qvardiyasının 1500 əsgəri İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi qlobal koalisiyaya qoşulmaq üçün İraq və Suriyaya göndəriləcək. Yaxın Şərqə gedəcək 1500 nəfər arasında olan podpolkovnik Ömər Minott xəbər kanalına açıqlama verərək, “Döyüşmək və qalib gəlmək üçün lazım olan avadanlıqlarımız var” deyib. Əsgərlərin Yaxın Şərqə getməzdən əvvəl Texasda təlim keçəcəyi də bildirilib.
Qəzzadakı müharibədən sonra ABŞ-ın İraq və Suriyadakı hədəfləri getdikcə daha çox hücuma məruz qaldı. Digər tərəfdən, İraq dövlət mediasına danışan İraq hərbi zabiti Tahsin əl-Hafaci, “İraqa əlavə koalisiya qüvvələrinin gələcəyi xəbəri yalandır” deyib. Əl-Hafaci vurğulayıb ki, İraqın “heç bir xarici qüvvəyə ehtiyacı yoxdur və qlobal koalisiyanın mövcudluğu məsləhət, təlim və təhlükəsizlik məlumatı verməklə məhdudlaşır”. ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgərinin olduğu bildirilir.
Mənbə: hurriyyət.tr
Aynur Camal