“ABŞ Ərdoğanı vəzifəsindən uzaqlaşdırmağı tapşırıb” – Soylubackend

ABŞ və Avropa dövlətləri Türkiyə müxalifətinə prezident Rəcəb Tayyib Ərdoğanı vəzifədən uzaqlaşdırmaq göstərişi verib.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“Amerika və Avropa onlara Ərdoğanı vəzifədən uzaqlaşdırmaq, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərişlər verdi”, – daxili işlər naziri bildirib.

Soylu izah edib ki, Qərb Türkiyə liderinin hakimiyyətdə qalmasını istəmir. Onun sözlərinə görə, bu məsələdə ölkə hakimiyyəti xalqın istəklərini dinləmək niyyətindədir.