ABŞ: “Filtr açarlardan istifadəni qadağan etmək İran hökumətinin xalqdan qorxduğunu göstərir”backend

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən İranda filtr açarlardan istifadənin qadağan edilməsinə toxunaraq deyib:

“Bu, İran hökumətinin xalqdan qorxduğunu göstərir”.

Məlumata görə, İranda Virtual Məkan Ali Şurasının göstərişi ilə ölkədə qanuni icazə olmadan filtr açarlardan istifadəni qadağan edən qərar qəbul edib.

Qeyd olunub ki, bu qətnaməyə cavab olaraq Metyu Miller bildirib: “Bu son qərar hökumətin xalqın internetə və informasiyaya maneəsiz çıxışı olduğu halda onlardan nə qədər çəkindiyinə işarədir. İranda internet azadlığının dəstəklənməsi bu ölkədə insan haqlarını müdafiə etmək səylərimizin əsas istiqamətlərindən biridir”.

Mənbə: Azad İran

Aynur Camal