ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan “Həmas”ın birgə bəyanatıbackend

ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderlərinin birgə bəyanatında belə ifadələr yer alıb: “Həmas Fələstinin qanuni tələblərini təmsil etmir və Fələstin xalqı üçün daha çox terror və qan tökməkdən başqa bir şey təklif etmir”.

ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak dünən birgə bəyanatla çıxış ediblər. Bayden və Makronun paylaşdığı açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Biz açıq şəkildə bildiririk ki, HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi yoxdur və hamılıqla pislənməlidir. Terrorun heç bir əsası ola bilməz. Son günlər dünya HƏMAS terrorçularının evlərində ailələri qətlə yetirmələrini, musiqi şənliyində əylənən 200-dən çox gənci qətlə yetirmələrini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri qaçırmalarını dəhşət içində seyr etdi”.

“Onu da vurğulayırıq ki, bu, İsrailə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan istifadə edərək üstünlük əldə edə biləcəyi dövr deyil.

Biz hamımız Fələstin xalqının qanuni istəklərini tanıyırıq və həm israillilər, həm də fələstinlilər üçün ədalət və azadlığı bərabər şəkildə dəstəkləyirik. Ancaq Həmas bu istəkləri təmsil etmir və Fələstin xalqı üçün daha çox terror və qan tökməkdən başqa bir şey təklif etmir”.

“Yaxın günlərdə biz İsrailin müttəfiqləri və ortaq dostları olaraq birləşəcək və koordinasiya edəcəyik ki, İsrail özünü müdafiə edə bilsin və nəticədə dinc və inteqrasiya olunmuş Yaxın Şərq regionu üçün şərait yarada bilsin”.

Mənbə: hurriyyət.tr

Aynur Camal