ABŞ-ın danışdığı qətl gündəmə gəldibackend

ABŞ-da ötən ilə damğasını vuran Kaitlin Marie Armstronq davası yenidən gündəmə gətirilib. Detektivlər Emir Perez və Damien Fernandez ABŞ-dan minlərlə kilometr uzaqlıqda yerləşən Mərkəzi Amerika ölkəsi Kosta Rikada Anna Moriah Vilsonun qatili Kaitlin Amstronu necə tutduqlarını “48 Saat” adlı proqramda tam təfərrüatı ilə danışıblar.

 ABŞ-ın Texas ştatında yaşayan məşhur velosipedçi Anna Moriah Vilson 2022-ci ilin əvvəlində güllələnərək öldürülüb.

Uilsonun sevgilisinin keçmiş sevgilisi Kaitlin Amstrong-dan şübhələnən polis, 11 may 2022-ci ildə Amstronq üçün həbs qərarı vermişdi. Ancaq Amstrong heç vaxt tapılmadı. Armstronqun Kosta Rikaya qaçdığını düşünən polis bu ölkəyə iki təcrübəli detektiv göndərib. Detektivlər Perez və Fernandez əvvəlcə Kosta Rikanın məşhur turizm şəhərlərində yoqa dərslərini araşdırmaq üçün yola çıxdılar.

Detektivlər deyirlər ki, Amstronqun saçını boyadığını ilk öyrəniblər, lakin onu tapa bilməyiblər. Yoqa dərslərinin populyar olduğu turizm şəhərlərində Amstronu axtaran polis, Amstrongun San Teresa şəhərində qaldığını öyrənir. Lakin Peres və Fernandes Amstronu tutmaq üçün hərəkətə keçəndə Amstronun plastik əməliyyat keçirmək üçün San Xoseyə getdiyini öyrəndilər.

Amstronun geri dönməsini gözləyən Perez və Fernandes bəzi Facebook qruplarında yoqa təhsili almaq istədiklərini bildirən elan buraxdıqlarını deyirlər. Bir həftə sonra Amstronq iki detektivin saxta yoqa reklamına cavab verib. Əməliyyat olduğu üçün burnu sarğı edilən Amstronqun gözlərindən polis müəyyən edilib. Onun qaldığı oteldə tapılan plastik əməliyyat fakturası da sübut kimi tapılıb. Amstroqu ələ keçirən polis Uilsonun qatilini ABŞ-a qaytara bilib.

 Keçmiş sevgilisini qısqandığı üçün Anna Moah Uilsonu öldürdüyü ortaya çıxan Kaitlin Amstronq məhkəmə nəticəsində qətlə görə 90 il həbs cəzasına məhkum edilib. Ötən ilin oktyabrında Armstronq həkim müayinəsinə aparılarkən polisdən qaçmağa çalışıb. Bir müddət qaçan Amstronq tez yaxalanıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal