ABŞ-ın dumanı bitmək bilmirbackend

Kanadada yanğın ABŞ-ı tüstü altında qoymaqda davam edir. Səlahiyyətlilər vətəndaşlarına ‘Çıxmayın’ deyərək xəbərdarlıq edib!

“Yeni Gundem”in əldə etdiyi məlumata əsasən, rəsmilər amerikalıları, xüsusən də ürək, ağciyər və tənəffüs problemi olanları çölə çıxmamağa çağırıb.

Kanadada 413 meşə yanğınının aktiv şəkildə davam etməsi indiyədək ABŞ-a da təsir etməkdədir. Yanğınlar başlayandan 26 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi, meşə yanğınlarının atmosferə ciddi şəkildə təsir etdiyi öyrənilib.

Tərkibində PM2.5 adlı incə zərrəcikli maddənin xüsusilə vətəndaşların ağciyərlərinə daxil olaraq astma, bronxit kimi sağlamlıq problemlərinə səbəb olduğu paylaşılıb.

ABŞ hökumətinə bağlı olan AirNow veb-saytı Nyu York şəhəri və ətrafında havanın keyfiyyətini narıncıdan 165 qırmızıya dəyişib.

Bütün gün dumanlı havaya səbəb olan Nyu-York və Nyu Cersi bölgələrində yanğın tüstüsü qoxusu hiss edilir.

Nyu York Dövlət Ətraf Mühitin Mühafizəsi Departamenti həmçinin Nyu-York, Bronks, Bruklin, Kuins və ətraf ərazilərdə havanın keyfiyyəti ilə bağlı sağlamlıq xəbərdarlığı edib və vətəndaşlardan lazımi tədbirləri görmələrini xahiş edib.

Aynur Camal

Mənbə: TGRT