ABŞ-ın İraqdakı bazasına PUA-larla hücumbackend

Qəzzada dinc sakinləri hədəf alan İsrailə dəstəyini davam etdirən ABŞ-ın bazaları hücuma məruz qalır. ABŞ dövlət katibi Antoni Blinkenin Bağdada səfərindən sonra ABŞ əsgərlərinin yerləşdiyi İraqdakı Ayn əl-Əsəd bazasına PUA-larla hücum edilib.

İraqın qərbindəki Ənbar şəhərindəki Ayn əl-Əsəd bazasına 2 PUA ilə hücum edilib. İraq təhlükəsizlik mənbələrindən verilən açıqlamada bazaya ilk hücumun gecə, ikinci hücumun isə səhər saatlarında həyata keçirildiyi açıqlanıb. Açıqlamada hər iki PUA-nın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi və bazanı isə vura bilmədiyi deyilib.

Mənbə: TGRT

Aynur Camal