ABŞ-ın İsrailə köməyi təşvişə səbəb oldubackend

“Yeni Gundem” xəbər verir ki, ABŞ-ın dünyanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Ford da daxil olmaqla bir donanma göndərməsi İsrailə “güc nümayişi” kimi şərh edilib.

Bədr Təşkilatının sədri Hadi əl-Amiri “ABŞ Fələstinə müdaxilə edərsə, biz ABŞ-ı hədəf alacağıq. Biz bunudan çəkinməyəcəyik” deyib. Rusiya xəbərdarlıq edib ki, münaqişəyə üçüncü tərəfin daxil olması riski yüksəkdir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən axşam saatlarında USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla donanmanın İsrail ordusuna dəstək vermək üçün Şərqi Aralıq dənizinə yola düşdüyünü açıqlayıb.

CENTCOM-un komandiri general Michael Kurilla, ABŞ-ın İsrailə göndərdiyi yardımı “güc nümayişi” kimi şərh edib.

ABŞ-ın bəyanatından sonra İraqdakı Şiə Koordinasiya Çərçivəsinin direktoru və İran tərəfdarı Bədr Təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ı hədələyib. Hadi əl-Amiri açıqlamasında məzlum Fələstin xalqının yanında olduqlarını ifadə edərək, “ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik” deyib. Fələstin xalqının “Düşmən sionist”ə qarşı böyük bir qələbə qazanmasından qürur duyduğunu bildirən əl-Amiri, “Heç kim Fələstinin sionistlərə qarşı belə bir qələbə qazanacağını və sionist kəşfiyyatının iflasa uğrayacağını düşünməzdi” deyə vurğulayıb.

Həmçinin İraqlıların Fələstin davasına bütün gücləri ilə dəstək verməsi lazım olduğunu bildirən əl-Amiri, “Allahın izni ilə Fələstinin azadlığı İraqdan başlayacaq” deyib. Ərəb liderlərinin Fələstini tək buraxdıqlarını bildirən əl-Amiri, “Yalnız İslam inqilabı və müqavimət qrupları Fələstinin yanında olub və bu gün Fələstin xalqının iradəsi qalib gəlir” deyib.

Pentaqonun İsrailə hərbi gəmilər göndərməsindən sonra Moskva da,: “üçüncü qüvvələrin bu münaqişəyə qarışma riski yüksəkdir. Mümkün qədər tez danışıqlar prosesinə doğru irəliləmənin yollarını tapmaq çox vacibdir” deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal