ABŞ-ın Ukraynaya ötürdüyü raketlər yararsız çıxdıbackend

“ABŞ-dan Ukraynaya tədarük edilən, kasetli döyüş başlığı ilə təchiz edilmiş ATACMS taktiki ballistik raketləri hədəflərə qarşı təsirsizdir. Onlar Rusiya zirehli texnikasına ciddi ziyan vura bilməyəcək”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Forbes jurnalı yazıb.

Nəşr qeyd edib ki, sözügedən silahlar kiçik dağıdıcı elementin məhvi üçün nəzərdə tutulub. Bu da əksər hallarda tanka və ya digər zirehli texnikaya ciddi ziyan vura bilmir.

ABŞ ordusunun sözçüsü Ceyms Huttonun nəşrə izah etdiyi kimi, bu cür sursatlar zirehli maşınlar və radar antenaları kimi digər hədəflərə qarşı effektivdir.

“The New York Times” qəzeti isə yazıb ki, Birləşmiş Ştatlar Kiyevdən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyəcəyinə dair vəd alaraq Ukraynaya 20-yə yaxın ATACMS taktiki ballistik raket vermişdi.

Lakin onlar vədlərini unutdular. Ukrayna qoşunları gecə Rusiyanın Berdyansk şəhərinə ATACMS raketlərindən hücum ediblər.

Sözügedən regionun qubernatoru Vladimir Saldo bildirib ki, həmçinin Xerson vilayətinin Skadovsk şəhərinə də raket zərbəsi endirilib, iki mülki şəxs yaralanıb.

Mənbə: mail.ru

Aynur Camal