Qəzzada dinc əhaliyə hücumlarını davam etdirən İsrailə hərbi dəstək verən ABŞ Suriya və İraqdakı bazaları üçün hərəkətə keçir.
Bazalara təkrar hücumlardan sonra İranı qorxudan ABŞ Suriya-İraq bölgələrində yeni əməliyyatlara işarə edib.
İsrailə dəstək səbəbiylə İraq və Suriyadakı ABŞ bazalarına hücumlardan sonra Co Bayden bu ölkələrdəki bazaları qorumaq üçün əməliyyat təşkil edə biləcəyinə işarə edib.
Bayden Konqresə yazdığı məktubunda İran tərəfdarı milis qruplarının İraq və Suriyada ABŞ personalı və obyektlərinə qarşı silsilə hücumlar həyata keçirdiklərini xatırladaraq, “Bu hücumlar ABŞ personalının yaralanmasına və hər iki personalının həyatını itirməsinə səbəb olub. Və bildirib ki, ABŞ qüvvələri ilə birlikdə xidmət edən koalisiya qüvvələri bizi ciddi təhlükə altında qoyub”.
ABŞ ordusunun Baydenin əmri ilə İraq və Suriyada söz mövzusu milis qruplarına qarşı hücumlar həyata keçirdiyini ifadə etdiyi məktubunda, “Hücumların məqsədi davam edən bir sıra silsilələri zərərsizləşdirməkdir” deyib. O həmçinin “növbəti təhdidlər və ya hücumlar olarsa ABŞ bu sahədə lazımi və uyğun addımlar atmağa hazırdır” deyə vurğulayıb.
Oktyabrın 7-də İsrailin Qəzza zolağına hücumları başladıqdan sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraq və Suriyadakı bazalarına hücumlar artmağa başlayıb. Hücumların əksəriyyətini İran tərəfdarı şiə milis qruplarının çətiri altında “İraq İslami Müqaviməti” adlı qrup öz üzərinə götürüb.
Mənbə: TGRT
Aynur Camal