ABŞ mediası açıqladı: 32 milyard dollarlıq qənimət!backend

ABŞ mediası açıqladı: 32 milyard dollarlıq qənimət! Xəzinə ovçuları yarışa başlayıb.

ABŞ mediası Kolumbiya hökumətinin 300 il əvvəl batmış San Xose gəmisini çıxarmaq qərarından sonra okeanın dibində təxminən 32 milyard dollar dəyərində qənimətin tapılacağını yazaraq xəzinə ovçularının üzərindəki qaynar nöqtələri sıralayıb.

Kolumbiya hökumətinin 300 il əvvəl batan San Jose gəmisini sudan çıxarmaq qərarı ötən həftənin ən çox danışılan mövzularından biri olub. 18-ci əsrə aid batmış gəmidə qızıl-zinət əşyaları və qızılın olduğu təxmin edilən 20 milyard dollar dəyərində bir xəzinə olduğu düşünülür.

İspan Vərəsəlik Müharibəsi zamanı 600 ekipaj üzvü ilə birlikdə batmış San José gəmisinin qənimətləri “bəşər tarixinin ən böyük xəzinəsi” adlanır, lakin xəzinənin kimə aid olduğu hələ də bəlli deyil.

ABŞ-ın “Glocca Morra” şirkəti 1981-ci ildə itirilmiş xəzinəni tapdığını və xəzinənin yarısını almaq şərti ilə koordinatlarını Kolumbiyaya çatdırdığını açıqlayıb. Kolumbiya hökuməti xilasetmə hüquqlarının tamamilə özünə aid olduğunu bildirdikdə, məsələ məhkəməyə verilib.

ABŞ şirkəti Kolumbiya hökumətindən, İspaniyadan və Qhara Qharadan 10 milyard dollar tələb edərkən, müasir Boliviyanın yerli xalqı da gəminin qəzaya uğraması ilə bağlı hüquqlarını iddia edərək işləri daha da mürəkkəbləşdirir.

Kolumbiya hökuməti bütün mübahisələrə baxmayaraq batan gəmini çıxarmağa çalışarkən, dünyanın hər yerindən xəzinə ovçuları bölgədəki qənimətlərin arxasınca gediblər. Baham adalarından Nyuporta və Portuqaliyaya qədər NewYorkPost qəzeti okeanın dibində tapılmağı gözləyən təxminən 32 milyard dollar dəyərində qənimət olduğunu iddia edib və xəzinə ovçularının radarında qaynar nöqtələr təyin olunub.

Qeyd edilib ki, Batan gəmilərin ən məşhuru olan Titanik, sualtı xəzinə ovçularının qaynar siyahısında deyil.

Mənbə: hurriyyət.tr

Aynur Camal