ABŞ müvəqqəti limana daha 4 gəmi göndəribbackend

Qəzza zolağında humanitar böhranın qarşısını almaq üçün Qəzza sahillərində dəniz platforması qurmağı planlaşdıran ABŞ Şərqi Aralıq dənizinə daha 4 hərbi gəmi göndərib.

Həftə sonu ABŞ gəmi göndərildiyini açıqladı. Ötən gün Monterrey, Wilson Wharif və James A. Loux Virciniyadakı bazalarından Qəzza sahillərinə doğru yola düşdülər. Pentaqonun sözçüsü Pat Ryder, “Biz estakadanın təxminən 60 gün ərzində tam istifadəyə veriləcəyini gözləyirik ki, bu da gündə 2 milyon yeməyin paylanmasını asanlaşdıra bilər” dedi. 19 ildir blokadada olan Qəzzanın hücumlardan sonra işlək limanı yoxdur.

Mənbə: hurriyyət.tr

Aynur Camal