ABŞ nüvə sınaqlarına moratorium tətbiq etməyə çağırırbackend

“Nüvə silahına malik olan bütün ölkələr qəbul edilmiş Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinə (CTBT) uyğun olaraq onların sınaqlarına qoyulan moratoriuma əməl etməlidir”.

“Yeni Gundem” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu çağırışı BMT Baş Assambleyasının sessiyası zamanı Dünya Silahlara Nəzarət üzrə Dövlət Departamenti rəhbərinin müavini Bonni Cenkins edib.

Onun sözlərinə görə, ABŞ 1996-cı ilin sentyabrında CTBT-ni ilk imzalayan ölkə olub. O vaxtdan bəri ABŞ nüvə sınağı partlayışlarına tam moratorium qoyub. Birləşmiş Ştatlar nüvə silahı olan bütün ölkələri belə bir moratorium elan etməyə və ya saxlamağa çağırır.

BMT Baş Assambleyasının sessiyasının rəhbəri Çaba Quereşi isə bəyan edib ki, nüvə silahından istifadə təhlükəsi səbəbindən bəşəriyyət qlobal fəlakət həddinə yaxınlaşır. “Biz indi qlobal fəlakətə bu əsrdə heç vaxt olmadığı qədər yaxınıq. Biz nüvə silahına arxalanaraq bəşəriyyət üçün qurulmuş dəhşətli tələni görə bilərik”, – Quereşi vurğulayıb.

Mənbə: Lenta.Ru

Aynur Camal