Daily Express-in köşə yazarı Paul Withers yazır ki, Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri ABŞ-a böyük ziyan vurub.
“ABŞ ciddi təhlükə altındadır. Vladimir Putin və Si Tszinpin qlobal güc balansını dəyişmək üçün birgə çalışdıqca onlar dünya hegemonu titullarını itirə bilərlər”, – məqalədə deyilib.
Jurnalist həmçinin britaniyalı ekspert Endryu Sandersin Rusiya prezidentinin Çinə səfərinin “Amerika üçün əhəmiyyətli problemlər yaradacaq” fikrinə də istinad edib.
“Birləşmiş Ştatlar Rusiya və Çin arasında getdikcə daha sıx münasibətlərin əsas qurbanı ola bilər” deyə Sanders əlavə edib.
Bundan əvvəl South China Morning Post qeyd etmişdi ki, getdikcə daha çox ölkə Qərbin tətbiq etdiyi dünya düzənindən narazılığını ifadə etməyə hazırdır.
Rusiya prezidenti Çinə səfəri zamanı ABŞ-a başqalarına hörmət etməyi öyrənməyi və kompromislər axtarmağı bacarmağı tövsiyə edib.
Xatırladaq ki, Vladimir Putinin Çinə səfəri oktyabrın 17-dən 18-dək baş tutub.
Mənbə: mail.ru
Aynur Camal