İsrail 47 gündür ki, dalbadal Qəzzanı bombalayır, ABŞ isə burada təbii qaz yataqlarına göz dikib.ABŞ prezidenti Co Baydenin enerji təhlükəsizliyi üzrə müşaviri Amos Hokşteyn İsrailə səfər edəcək və Qəzzanın işlənməmiş dəniz təbii qaz yataqlarını müzakirə edəcək.
“Yeni Gundem” xəbər verir ki, ABŞ lideri Co Baydenin Enerji Təhlükəsizliyi üzrə müşaviri Amos Hochstein İsrail və Livan arasındakı müharibədə ikinci cəbhədən qaçınmaq və Qəzzanın işlənməmiş dəniz təbii qaz yataqları ətrafında potensial iqtisadi stimullaşdırma planlarını müzakirə etmək üçün İsrailə səfər edir.
İsrailin “Haaretz” qəzetinin məlumatına görə, Bəhreyndə sonuncu olan Hochstein, müharibədən sonrakı Qəzza planlarının bir hissəsi olaraq fələstinlilər adından dənizdəki qaz yataqlarının işlənməsi imkanını müzakirə edib.
İyun ayında İsrail Qəzza sahillərində qaz yatağının işlənməsinə ilkin icazə verib, lakin bunun Fələstin administrasiyası və Misirlə təhlükəsizlik koordinasiyasını tələb etdiyini qeyd edib.
Hesabata görə, Qəzza sahilindən təxminən 20 mil uzaqlıqda yerləşən Qəzza Dəniz yatağında təxmini 1 trilyon kubfut təbii qaz var, lakin hələ işlənməyib. Xəbərdə bu məbləğin Fələstin ərazilərini enerji ilə təmin etmək üçün tələb olunandan qat-qat artıq olduğu və “bir hissəsinin potensial olaraq ixrac oluna biləcəyi” bildirilir.
Qəzzədəki təbii qaz yatağı ilə bağlı The National-a danışan Hochstein, “Bu dəhşətli müharibə bitən kimi, Bu yataqları inkişaf etdirmək istəyən şirkətlər var.
“Bu, mütləq Fələstin üçün gəlir mənbəyi ola bilər və Fələstinin müstəqil enerji sisteminə sahib olmasını təmin edə bilər” deyən Hochstein, ” İsrailin buna icazə verəcəyinə 100 faiz əminəm. Hochstein, “Mən çox əminəm, verməmələri üçün heç bir səbəb yoxdur. Qaz onların deyil, Fələstin xalqınındır” deyib.
Mənbə: TGRT
Aynur Camal