ABŞ prezidenti Co Bayden administrasiyası Vaşinqtonun Qəzza zolağında kommunikasiyaların bərpasında iştirakı ilə bağlı daha əvvəl yayılan xəbərləri təsdiqləyib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Ağ Ev X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilib ki, yardım işçiləri, mülki şəxslər və media işçilərinin “bir-biri ilə və dünyanın qalan hissəsi ilə ünsiyyət qurmaq fürsətinə ehtiyacı var idi”.
Ağ Ev ABŞ administrasiyasının bununla bağlı işlədiyini və Qəzzada kommunikasiyaların bərpasına kömək etdiyini bildirib. Amerika liderinin administrasiyası əlavə edib ki, rabitənin bərpası Qəzza üçün kritik məsələdir.
Bundan əvvəl Washington Post qəzeti ABŞ-dakı yüksək rütbəli mənbəyə istinadən yazıb ki, Vaşinqton Qəzza zolağında rabitəni bərpa etmək üçün İsrail hakimiyyətinə təzyiq edib. Nəşrin məlumatına görə, rabitənin kəsilməsinin arxasında İsrail hakimiyyəti dayanıb.
Mənbə: mail.ru
Aynur Camal