ABŞ, Rusiya və Fransa “Zəngəzur dəhlizi”nin açılması üçün işə başladılar: ŞOK GƏLİŞMƏbackend

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ dövlət katibi Entoni Blinken, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv le Drian Minskin himayəsi altında Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasına tərəfdar olduqlarını açıqlayıblar.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Mətbuatın iddiasına görə  həmsədr ölkələr tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilən görüşlərdə başlayan dialoqu davam etdirməyə, habelə qarşılıqlı yardım məqsədilə rəhbərlik səviyyəsində təmasları davam etdirməyə çağırıb.

Həmsədr ölkələr Ermənistan və Azərbaycanı humanitar məsələlər, o cümlədən həbs olunanlar, minalardan təmizlənməsi, itkin düşmüş şəxslər, məcburi köçkünlərin könüllü geri qaytarılması və digər məsələlərdə konkret irəliləyişə nail olmaq üçün həmsədrlərin himayəsi altında əməkdaşlığı davam etdirməyə çağırırlar. Tarixi abidələrin və mədəniyyət obyektlərinin mühafizəsi, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi həll edilməmiş digər məsələlərin həlli üzərində konstruktiv işləmək  tövsiyyə edilib.

Həmsədr ölkələr həmçinin Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizinin açılmasını da müzakirə ediblər.