ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım layihəsini dəstəkləyibbackend

ABŞ Senatı ABŞ sərhədini qorumaq üçün tədbirlər görülmədən Ukrayna, İsrail və Tayvana 95 milyard dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib; səsvermənin nəticələrinə görə, 70 senator lehinə, 29 senator əleyhinə səs verib.

Qanun layihəsi Ukraynanın ehtiyacları üçün təxminən 60 milyard dollar, İsrail üçün isə təxminən 14 milyard dollar məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur. Əvvəllər qanun layihəsi ABŞ sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görülmədən Senatda prosedur təsdiqindən keçib.

Ekspertlər qeyd edirlər ki, qanun layihəsinin indi Nümayəndələr Palatasında qəbul olunma şansları zəifdir. Konqresin Aşağı Palatasının spikeri Mayk Conson daha əvvəl bəyan etmişdi ki, Respublikaçılar Partiyasının nəzarətində olan ABŞ Nümayəndələr Palatası Meksika ilə sərhəddə təhlükəsizliyin gücləndirilməsinə dair müddəaları özündə əks etdirməyən Ukrayna və İsrailə yardım paketi qanun layihəsinə baxmayacaq.

Mənbə: mail.ru

Aynur Camal