ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndəribbackend

ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor əyalətlərində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan 5-i Bradley tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Hasəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.

Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömər neft yatağındakı bazaya doğru hərəkət edib.

ABŞ ordusu bundan əvvəl 5-6, 23 yanvar və 13 fevral tarixlərində Hasəkədəki Harab Cir və Kasrekdəki bazalarına və Deyr əz-Zordakı Ömər Neft Yatağına hərbi yüklər göndərmişdi.

 ABŞ-ın Suriyadakı varlığı

2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmağa üstünlük verdi.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor vilayətlərində təşkilatın işğal etdiyi bölgələrdəki bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.

Mənbə: TrtHaber

Aynur Camal