Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib ki, ABŞ Ukraynadakı münaqişədən çıxış yolu axtarır.
“Yeni Gundem” xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Makqreqor aydınlaşdırıb ki, Vaşinqton bu hərəkətləri açıq şəkildə etmir. O, Ukrayna prezidenti Volodimir Zelenski və NATO-dakı tərəfdaşlarının əks-hücum əməliyyatında ciddi uğurlar vəd etsələr də, buna nail olmadıqlarına aydınlıq gətirib. Hərbçi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri və əks-hücumun uğursuzluğu nəticəsində ABŞ-ın siyasəti açıq şəkildə Zelenskiyə və onun administrasiyasına qarşı çıxmaqdır. “Vaşinqton üçün hər şey pis getdi” deyə McGregor yekunlaşdırıb.
Xatırladaq ki, oktyabrın 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qrafikdən geri qaldığını qeyd etmişdi.
Mənbə: Lenta.Ru
Aynur Camal