“Kiyev Krımı ələ keçirmək planlarını həyata keçirmək cəhdlərində uğursuzluğa düçar olacaq və öz milli ərazisindən daha çox torpaq itirə bilər”. Bunu ABŞ Dövlət Departamentinin keçmiş diplomatı Ças Friman “Dialogue works” Youtube kanalına müsahibəsində deyib.
“Biz Kiyev hökumətinin vədləri ilə razılaşa bilmərik. Artıq çoxlu qan tökülüb. Ukrayna nə Krımı, nə Donbası, nə Zaporojyeni, nə də Xersonu ələ keçirə bilməyəcək və daha çox ərazi itirə bilər. Hər şey o yerə çatıb ki, Ukraynanın mövcudluğu təhlükə altındadır”.
Mənbə: Lenta.Ru
Aynur Camal