ABŞ-ın Ukraynaya dəstək üçün vəsaiti yoxdur, humanitar yardım dayandırıla bilər.
ABŞ-ın Ukraynaya birbaşa büdcə dəstəyi üçün vəsaiti yoxdur, yeni ayırmalar olmadan humanitar yardım tamamilə dayandırıla bilər.
“RİA Novosti” xəbər verir ki, bunu Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya məsələləri üzrə rəhbərinin köməkçisi Erin Makki deyib.
“Əlavə vəsait ayırmasa, Ukrayna hökuməti pulların verilməsi və kritik işçilərin maaşlarının ödənilməməsi kimi fövqəladə tədbirlərə əl atmağa məcbur olacaq ki, bu da hiperinflyasiyaya gətirib çıxara və hərbi səylərə ciddi ziyan vura bilər”.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin, dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen və USAİD-in rəhbəri Samanta Pauer tərəfindən təmsil olunan ABŞ hökuməti Konqresi Kiyevə 11,8 milyard dollar həcmində yeni iqtisadi yardım ayırmağa çağırıb.
Mənbə: Lenta.Ru
Aynur Camal