ABŞ və Çin orduları arasında buzları qıran addımbackend

ABŞ və Çin komandirləri hərbi dialoqun kəsilməsindən sonra ilk dəfə görüşüblər. Tərəflər iki ölkə arasında rəqabəti məsuliyyətlə idarə etmək, yanlış hesablamalara yol verməmək və açıq, birbaşa ünsiyyət saxlamaq barədə razılığa gəliblər.

Görüş Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfəri səbəbindən hərbi dialoqun kəsildiyi 2022-ci ilin avqustundan bəri iki ölkənin hərbçiləri arasında ilk yüksək səviyyəli təmas olub. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Çinlə suverenlik mübahisəsi olan Tayvana səfəri səbəbindən hərbi dialoqun kəsilməsindən sonra ABŞ və Çin arasında ilk yüksək səviyyəli görüş baş tutub. ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Baş Qərargah rəisi kiçik Çarlz Quinton Braun çinli həmkarı Liu Cinli ilə videokonfrans vasitəsilə görüşüb.

Görüş Pelosinin səfərindən sonra hərbi dialoqun kəsildiyi 2022-ci ilin avqustundan bəri iki ölkənin hərbçiləri arasında ilk yüksək səviyyəli təmas olub. Görüş zamanı tərəflər “iki ölkə arasında rəqabətin məsuliyyətlə idarə olunmasının, yanlış hesablamalara yol verilməməsinin və açıq, birbaşa ünsiyyətin saxlanmasının” vacibliyini vurğulayıblar.

Pelosinin Çinlə suverenlik mübahisəsi olan Tayvana səfəri adanı öz ərazisi kimi görən Çinin reaksiyasını çəkdi və Pekin rəhbərliyi Müdafiə Siyasəti Koordinasiya Görüşləri kimi müdafiə sahəsində görüşlər keçirməyə başlayıb. Çin və ABŞ arasında Hərbi Dəniz Məsləhətləşmə Sazişi Görüşləri və Cəbhə Komandirləri Görüşlərinin ləğv edildiyini bildirib.

Noyabrın 15-də San-Fransiskoda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinq üzbəüz görüş zamanı hərbi əlaqəni bərpa etmək qərarına gəliblər.

Mənbə: TGRT

Aynur Camal