ABŞ və Kanadada Salmonella həyəcanı!backend

Salmonella epidemiyası səbəbindən ABŞ-da 3, Kanadada isə 5, 8 nəfər dünyasını dəyişib. ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) epidemiyanın korlanmış bostanların səbəb olduğunu açıqlayıb.

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamada, 20 Noyabrdan bəri davam edən salmonella epidemiyasından 38 ştatda 230 nəfərin təsirləndiyi bildirilib. Açıqlamada salmonella epidemiyası səbəbiylə 3 nəfərin həyatını itirdiyi də açıqlanıb.

Kanada Xalq Sağlamlığı Agentliyindən verilən açıqlamada, 6 əyalətdə 129 salmonella hadisəsinin görüldüyü və 5 nəfərin öldüyü bildirilib. Açıqlamada epidemiyadan təsirlənənlərin 5 və daha kiçik və 65 yaşdan yuxarı insanlar olduğu bildirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəsmiləri əlavə edib ki, epidemiya xarab olmuş qovunlardan qaynaqlanıb və kəsilmiş şəkildə satılan bostanları almamaq barədə xəbərdarlıq ediblər.

FDA, epidemiya ilə əlaqəli markaların məhsullarını geri çağırdıqlarını açıqladı.

Salmonella bakteriyası tif, paratif və qida zəhərlənməsinə səbəb ola bilən və bağırsaq sisteminə təsir edən ümumi bakteriya kimi tanınır. Semptomlar bir şəxs bakteriyaya məruz qaldıqdan 6 saatdan 6 gün sonra başlaya bilər. Simptomlara ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.

Mənbə: hurriyyət.tr

Aynur Camal