ABŞ Yaxın Şərqə 900 əsgər göndərəcəkbackend

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder, “daha geniş münaqişənin qarşısını almaq” və “ABŞ bazalarının müdafiəsini gücləndirmək” üçün Yaxın Şərqə təxminən 900 əsgərin göndəriləcəyini açıqlayıb.

İsrailin Qəzza zolağında dinc sakinləri hədəf alması və ABŞ-ın Yaxın Şərqdəki bazalarına, xüsusən də İraq və Suriyadakı bazalarına hücumlarının artmasının ardından ABŞ Müdafiə Nazirliyi daha bir addım atıb.

Əsgərlərin hara yerləşdiriləcəyi ilə bağlı təfərrüatları açıqlamayan Ryder, “Onların İsrailə getməyəcəklərini təsdiq edə bilərəm” deyib.

Rayder bildirib ki, keçən həftə İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazalar 12, Suriyada isə 4 dəfə hədəfə alınıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal