ABŞ Yəmənə yenidən zərbə endirdibackend

ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə yeni zərbə endirib.

Birləşmiş Ştatlar Husilərin yerüstü pilotsuz təyyarələrini hədəf alaraq Yəmənə yeni hücuma keçib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edildiyi kimi, zərbələr Yəmənin Husilərin nəzarətində olan ərazilərində “partlayıcı yüklənmiş iki pilotsuz Husi suüstü maşını” hədəf alıb və “ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölgədəki ticarət gəmiləri üçün birbaşa təhlükə yaradıb”.

Bundan əvvəl Ənsar Allah hərəkatı (husilər) ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə yeni hücumu barədə məlumat vermişdi. Hücumun Hudeyda əyalətində yerləşən Əl-Katib bölgəsində baş verdiyi vurğulanır.

Qərb ölkələri husi milislərinin nəzarəti altında olan Yəmənə hava hücumlarını intensivləşdirib. Xüsusilə, son 24 saat ərzində ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Ənsar Allah hədəflərinə 15 zərbə endirib.

Mənbə: Lenta.Ru

Aynur Camal