Ağ Evin qarşısında aclıq aksiyasına başladılar! Onların arasında siyasətçilər, aktyorlar da var.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, ABŞ Ağ Evinin qarşısına toplaşanlar Qəzzada baş verən hadisələrə görə daimi atəşkəs tələbi ilə aclıq aksiyasına başlayıblar.
Hollivud ulduzu Sintia Nikson da aksiyaya dəstək verib. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, fəallar və aktyorlar Ağ Evin qarşısına toplaşıblar. Onların toplaşma səbəbi bir aydan çoxdur İsrail tərəfindən bombardman edilən Fələstin olub.
Qrup bir araya gələrək sarayın qarşısında 5 günlük aclıq aksiyasına başlayıb.
Tətildə iştirak edən fəal və aktrisa Cynthia Nixon, fələstinlilərin aclıq astanasında olduğunu bildirmək üçün bu aksiyaya başladıqlarını ifadə edərək, “Fələstinlilərin bombalandığını və öldürüldüyünü bildirmək üçün aclıq aksiyası keçiririk. Orada insanlar acından ölür və onların çoxu aclıq astanasındadır”.
Aktyor Qəzzada öldürülən qadın və uşaqların sayına da diqqət çəkərək, “Yeddi həftədə öldürülən təxminən 15 min fələstinlinin 70 faizi qadın və uşaqlardır. Bu, görünməmiş haldır.
“Bu, ABŞ və müttəfiqlərinin Əfqanıstanda 20 illik müharibədə öldürdüyü insanların sayından çoxdur. Ağ Ev qarşısında aclıq aksiyasına qatılanlar bu qənaətdədirlər ki, humanitar fasilə daimi olmalıdır. Buna görə də onlar ABŞ prezidenti Co Baydeni yenidən atəşkəsə çağırıblar”.
Mənbə: TGRT Xəbərləri
Aynur Camal