Acqarına 2 kök yeyin və bu probleminiz keçmişdə qalsın…backend

Mətbəxinizdəki bir çox qida səhər ac halda istehlak edildikdə sağlamlığınız üçün çox faydalıdır. Baxın, salatların vazkeçilməzləri olan yerkökü səhərlər ac qarına yeyildikdə nələrə faydalıdır…

İllərdir sağlam quruluşuna görə bir çox mütəxəssisin istehlak edilməsini tövsiyə etdiyi sağlam qidalar arasında yerini qoruyub. Müntəzəm və düzgün istehlak edildikdə faydaları qat-qat artan yerkökü səhərlər yeyildikdə sağlamlığınız üçün möcüzələr yaradır.

Yerkökün sağlam quruluşundan faydalanmaq üçün acqarına gündə iki yerkökü istehlak etmək həmin sağlamlıq problemləri üçün mükəmməl bir həll olacaq.

Səhər yerkökü yeməyin faydaları:

A və C vitaminləri ilə zəngin olan yerkökü minerallarla da zəngindir. Antioksidan xüsusiyyətlərə də sahib olan yerkökü nizamlı olaraq istehlak edildikdə bir çox faydalar təmin edir. Səhərlər acqarına iki yerkökü istehlak etmək, tərkibindəki sağlam liflər sayəsində bağırsaqların nizamlı işləməsinə kömək edir. Bağırsaqlardakı faydalı bakteriyaların sayını artırmaqda təsirli olan qida qəbizliyi aradan qaldırmaqda da çox təsirlidir.

Eyni zamanda acqarına iki yerkökü istehlak etmək ağızda bakteriya əmələ gəlməsinin qarşısını alır. Və bu şəkildə səhərlər ağız qoxusundan xilas olmağa kömək edir.

Mənbə: EnSonHaber

Aynur Camal