Adınızı Yupiterə göndərmək istəyirsiz? NASA bunu sizin üçün edirbackend

NASA 2030-cu ildə Yupiterin peykinə getməyi hədəfləyən Europa Clipper missiyasında bir çox adı kosmosa daşıyacaq.

“Yeni Gundem” xəbər verir ki, günəşdən uzaqlığına görə Günəş sistemində beşinci ən böyük planet olan Yupiter əsasən hidrogen və helium qazlarından ibarətdir. Alimlər bu planeti yaxından öyrənməyə davam edirlər.

2030-cu ildə Yupiterin peyki Europa’ya enəcək NASA-nın Europa Clipper missiyası ilə adınızı kosmosa göndərmək şansı olacaq. Bütün müraciət edənlər mikroçipdə çap olunacaq və 2024-cü ilin oktyabrında səyahətə çıxacaqlar.

NASA-nın Vaşinqtondakı Elm Missiyası Direktorluğunun direktor müavini Nikola Foks, “Biz insanlara Europa Clipper-in səyahətinin bir hissəsi olmaq fürsətini təklif edirik və bundan çox həyəcanlanırıq” deyib.

Adınızı Yupiterə göndərmək üçün dekabrın 31-dək aşağıdakı linkdən müraciət etməlisiniz:

NASA-ya Müraciyət

Sonra “ADINIZI GÖNDƏR” düyməsini klikləyin. Sizdən tələb olunan məlumatları adınızla birlikdə daxil edin və ərizənizi tamamlayın.

Mənbə: EnSonHaber

Aynur Camal

Yenigundem.az