ADY müasir, inteqrə olunmuş qurum olaraq əməliyyatların səmərəliliyinin artırılması və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi yeni layihələrini 6-7 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfransda təqdim edib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Ekspres” MMC iştirak etdiyi panel müzakirələrində xüsusi olaraq Qazaxıstan və Türkmənistanın neft və neft məhsullarının Azərbaycandan tranzit keçməklə daşınma istiqamətləri və bu yüklərin aşırılması imkanları müzakirə olunub.
Konfransın keçirilməsində əsas məqsəd regional bazar iştirakçılarını Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizlərinin geniş imkanları və perspektivləri ilə tanış etmək olub.