AF Holdinqin aparıcı fiquru SAXLANILDIbackend

“EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Yeni Gündəm” bildirir ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Qeyd edək ki, “EuroHome”un sahibi Azay Möhnətovdur.
AF Holdinq Bakıda yüksəkmərtəbəli binaların, otellərin, ofis mərkəzlərinin, topdansatış mərkəzlərinin, istirahət mərkəzlərinin inşaatı ilə məşhurdur.
Holdinqin sahibi Azay Möhnətovun “RabitəBank”ın da səhmdarlarından biri olduğu bildirilir.